Azərbaycan Basketbol Liqası: "Neftçi" XIII turda qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" XIII turda qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu baş tutub.

"Birxeber.Az" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən günün ikinci matçında yeni transferləri ilə güclənmiş "Neftçi" aşağı pillələrdə qərarlaşan "Sumqayıt" klubu ilə qarşılaşıb.

Görüş paytaxt təmsilçisinin 113:96 hesablı qələbəsi ilə bitib.

Ən məhsuldar basketbolçular "Neftçi"dən DiAncelo Stüart (24 xal, 4 asist), "Sumqayıt"dan Lenard Dikson (29 xal, 6 ribaund) olublar.