Biləsuvarda 2 yaşlı uşaq boya həlledicisi içib, vəziyyəti ağırdır
Biləsuvarda bədbəxt hadisə baş verib.
“Birxeber.Az”un Muğan bürosunun məlumatına görə, rayon sakini 2021-cü il təvəllüdlü qız nəzarətsiz qalan zaman boya həlledicisi içib.
Nəticədə az yaşlı qız zəhərlənib. O, dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.