Polad Bülbüloğlunun təşəbbüsü ilə xarici diplomatların yaradıcılıq sərgisi açılıb

Polad Bülbüloğlunun təşəbbüsü ilə xarici diplomatların yaradıcılıq sərgisi açılıb

Rusiyanın Moskva şəhərində diplomatik korpusun duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü, Rusiya Xarici İşlər Nazirliyinin dövlət protokolu departamentinin və Moskva Müasir İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Dünyanın rəngləri” yaradıcılıq sərgisi açılıb.

“Report”un Rusiya bürosunun xəbərinə görə, ekspozisiyada Moskvada fəaliyyət göstərən 16 səfirliyin əməkdaşlarının 150 əl işi nümayiş etdirilir. Diplomatlar rəngkarlıq, qrafika, art-obyekt və digər janrlarda müxtəlif mövzulara həsr olunmuş əl işlərini tamaşaçılara təqdim edirlər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılışında çıxış edərək, müasir mürəkkəb dünyada diplomatların həm də yaradıcılıqla məşğul olması sevindirici hal olduğunu vurğulayıb.

“Düşünürəm ki, bu sərgi yaradıcılığı nümayiş olunan hər bir diplomat üçün Rusiya paytaxtındakı fəaliyyəti dövründən xoş xatirə kimi qalacaq. Çünki yaradıcılıq həvəsi heç zaman sönmür”.

P. Bülbüloğlu gələn il ekspozisiyanın daha geniş və müxtəlif janrlarda təqdim olunacağını bildirib, sərginin təşkilində yardıma görə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Vasili Sereteliyə təşəkkür edib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə çıxışında qeyd edib ki, bir-biri ilə sıx bağlı olan diplomatiya və incəsənət müxtəlif ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşma və etimadın yaranmasında mühüm rol oynayır:

“Bəzən bədii əsərlər sözlə deyilməsi mümkün olmayan həqiqətləri çatdırır. Həm qələm, həm də fırça ustası olan diplomatlar isə bunu daha inandırıcı edə bilirlər”.

Sərginin açılışında çıxış edən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Vasili Sereteli incəsənətin ölkələr və xalqlar arasında birləşdirici rolundan danışıblar.


Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Nizami Gəncəvi haqqında bədii film çəkilib

Nizami Gəncəvi haqqında bədii film çəkilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin mükafatları verilib

Bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin mükafatları verilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Azərbaycanda Teatr forumu keçiriləcək

Azərbaycanda Teatr forumu keçiriləcək

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijor təyin olunub

Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijor təyin olunub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
"Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində "Dəli Domrul" tamaşası nümayiş etdirilib

"Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində "Dəli Domrul" tamaşası nümayiş etdirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
İtaliyada Şuşanın əsasının qoyulması münasibətilə konsert keçirilib

İtaliyada Şuşanın əsasının qoyulması münasibətilə konsert keçirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Baş katib: “TÜRKSOY-un 30 illik yubileyini Şuşada da qeyd edəcəyik”

Baş katib: “TÜRKSOY-un 30 illik yubileyini Şuşada da qeyd edəcəyik”

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera konserti olub

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera konserti olub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Müqəddəs Taxt-Tacın dövlət katibi Azərbaycanın mədəniyyət naziri ilə görüşüb

Müqəddəs Taxt-Tacın dövlət katibi Azərbaycanın mədəniyyət naziri ilə görüşüb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
İTV: Azərbaycanın "Avroviziya 2023" üzrə qalibi seçilməyib

İTV: Azərbaycanın "Avroviziya 2023" üzrə qalibi seçilməyib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşanın tarixi-mədəni məkanlarında olublar

Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşanın tarixi-mədəni məkanlarında olublar

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
"Xarıbülbül" Festivalının qonaqları Şuşaya toplaşırlar

"Xarıbülbül" Festivalının qonaqları Şuşaya toplaşırlar