Vilnüsdə 28 May - Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirilir

Vilnüsdə 28 May - Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirilir

Litvanın Vilnüs şəhərində Azərbaycanın Litvadakı Səfirliyinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirilir.

"Birxeber.Az"un Vilnüs müxbirinin verdiyi məlumata görə, tədbir Azərbaycan və Litva himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev çıxış edərək 1918-ci ildə Azərbaycanın şərqdə qurulan ilk demokratik, sekulyar respublika olmasına diqqət çəkib. Həmçinin Azərbaycanın nəinki şərqdə, hətta dünyada qadınlara səsvermə hüququ tanıyan ilk ölkələr sırasında yer aldığını qeyd edib.

T.Qarayev eyni zamanda Azərbaycanın 1991-ci ildə Sovet İttifaqının dağılması ilə müstəqilliyini bərpa etməsindən, Ermənistanın Azərbaycanın 20 faiz ərazisini həmin qarışıqlıq dövründə işğal etməsindən və nəhayət, 30 il sonra - 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti ilə torpaqlarımızı düşmən tapdağından azad etməsindən də söz açıb.

Azərbaycan-Litva münasibətlərinin enerji sektoru daxil olmaqla bir çox sahələrdə inkişafından da söz açan səfir Azəebaycanın xarici işlər naziri Ceyhun Bayramov və Prezident İlham Əliyevin may ayında Litvaya səfərinin, həmçinin Litva parlamenti nümayəndələrinin Qarabağa səfərinin əhəmiyyətini vurğulayaraq ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını bildirib.

Qeyd edək ki, tədbirdə xüsusi qonaq qismində Milli Məclisin deputatları Nəsib Məhəməliyev və Rasim Musabəyov da iştirak ediblər. Bundan başqa, qonaqlar arasında Litva xarici işlər nazirinin müavini Mantas Adomenas, Kazys Starkeivicius daxil olmaqla Litva parlamentinin bir sıra nümayəndələri, Türkiyənin Litvadakı Səfirliyinin təmsilçiləri, Moldovanın Litvadakı səfiri Emil Druc və digər bir sıra ölkələrin səfirləri və nümayəndələri yer alıb.

Xarici siyasət Xarici siyasət
Türkiyənin daxili işlər naziri: "Azərbaycanın qardaş köməyi nəcib millətimiz tərəfindən heç vaxt unudulmayacaq"

Türkiyənin daxili işlər naziri: "Azərbaycanın qardaş köməyi nəcib millətimiz tərəfindən heç vaxt unudulmayacaq"

Xarici siyasət Xarici siyasət
ATƏT-in Baş katibi: "Azərbaycan Prezidenti Türkiyəyə dəstəyini ifadə etdi"

ATƏT-in Baş katibi: "Azərbaycan Prezidenti Türkiyəyə dəstəyini ifadə etdi"

Xarici siyasət Xarici siyasət
Fransada azərbaycanlı uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Fransada azərbaycanlı uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Xarici siyasət Xarici siyasət
Azərbaycanın XİN başçısı: "Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifimiz qüvvədədir"

Azərbaycanın XİN başçısı: "Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifimiz qüvvədədir"

Xarici siyasət Xarici siyasət
Rusiya Qızıl Xaç Cəmiyyətinin göndəriyi yardım Bərdədə gözləməkdə davam edir - YENİLƏNİB

Rusiya Qızıl Xaç Cəmiyyətinin göndəriyi yardım Bərdədə gözləməkdə davam edir - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Xarici diplomatlar Bakıda ixtisasartırma təlimi keçəcəklər

Xarici diplomatlar Bakıda ixtisasartırma təlimi keçəcəklər

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti: "Albaniyada qazpaylayıcı şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq"

Azərbaycan Prezidenti: "Albaniyada qazpaylayıcı şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq"

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti və Almaniya Kansleri birgə mətbuat konfransı keçiriblər - YENİLƏNİB

Azərbaycan Prezidenti və Almaniya Kansleri birgə mətbuat konfransı keçiriblər - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Belçika XİN başçısı Azərbaycanda səfərdədir

Belçika XİN başçısı Azərbaycanda səfərdədir

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Türkiyə liderləri Naxçıvanda hərbi kompleksin açılışında iştirak ediblər - YENİLƏNİB

Azərbaycan və Türkiyə liderləri Naxçıvanda hərbi kompleksin açılışında iştirak ediblər - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Səfir: “İyunun 1-də Kişineuda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər”

Səfir: “İyunun 1-də Kişineuda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər”

Xarici siyasət Xarici siyasət
Serbiyalı ekspert: “Bakı qlobal dialoq mərkəzinə çevrilir”

Serbiyalı ekspert: “Bakı qlobal dialoq mərkəzinə çevrilir”