Gürcüstan parlamenti baş nazirin namizədliyini və hökumətin tərkibini müzakirə edəcək

Gürcüstan parlamenti baş nazirin namizədliyini və hökumətin tərkibini müzakirə edəcək

Gürcüstan parlamentinin bürosu Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Kobaxidzeyə və onun təmsil etdiyi hökumətin tərkibinə etimad göstərilməsi məsələsini, habelə “Avropa dövlətinin qurulması üçün” hökumət proqramını rəsmi olaraq qeydə alıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Parlamentin bürosunun iclasında bu məsələlərə fevralın 8-də keçiriləcək plenar iclasda baxılması qərara alınıb.

Qeyd edək ki, hazırkı nazirlərin çoxu vəzifələrini qoruyacaqlar: İlya Darçiaşvli xarici işlər naziri, Rati Breqadze ədliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri, Levan Davitaşvili iqtisadiyyat və davamlı inkişaf naziri, Laşa Xutsişvili isə maliyyə naziri kimi qalacaq. Amma müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Cuanşer Burçuladzeni Gürcüstan parlamentinin sədr müavini İrakli Çikovani əvəz edəcək.