Daxili Qoşunların hərbçisi odlu silahla ehtiyatsız davranmaq nəticəsində özünü güllələyərək öldürüb
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.
Bu barədə "Report"a DİN-dən məlumat verilib.
O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.