“Naxçıvan Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub

“Naxçıvan Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub

“Naxçıvan Bəşəriyyətin Beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki Əcəmi seyrangahında keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini Tural Rzayev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Kərimov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov iştirak ediblər.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə daimi olaraq əsaslı islahatlar aparılır, milli-mənəvi dəyərlərimizin yaşadılması diqqətdə saxlanılır.

Bildirilib ki, "Naxçıvan-Bəşəriyyətin Beşiyi" Beynəlxalq Rəsm Festivalı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rusiya, Finlandiya və Latviyadan 58 rəssam iştirak edir. Dünyada və ölkəmizdə tanınmış rəssamların qatıldığı bu festival mədəniyyətimiz və incəsənətimiz üçün çox əhəmiyyətli və əlamətdar hadisə, həmçinin rəssamlar üçün geniş yaradıcılıq imkanları açır.

Festivalın açılış mərasimində muxtar respublikanın mədəniyyət kollektivləri tərəfindən musiqi və rəqs nümunələri təqdim edilib.

Sonra festivalın yaradıcılıq hissəsinə başlanılıb.

İştirakçılar rəsm əsərləri ilə tanış olublar.

Qeyd edək ki, sabah festivalda çəkilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış olacaq, iştirakçılara diplom və hədiyyələr təqdim ediləcək.

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Fransada Azərbaycan musiqisi tədris olunacaq

Fransada Azərbaycan musiqisi tədris olunacaq

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Rasim Balayev Kino forumunda: "Bu gün dərdlərdən danışmaq lazımdır"

Rasim Balayev Kino forumunda: "Bu gün dərdlərdən danışmaq lazımdır"

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Bakıda Qazaxıstanın Kino Günləri keçiriləcək

Bakıda Qazaxıstanın Kino Günləri keçiriləcək

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Türkiyənin Kino İdarəsinin müdiri: "Azərbaycanlı rejissorlara film çəkmək üçün maliyyə dəstəyi verə bilərik"

Türkiyənin Kino İdarəsinin müdiri: "Azərbaycanlı rejissorlara film çəkmək üçün maliyyə dəstəyi verə bilərik"

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Kinorejissor Cəmil Fərəcovla vida mərasimi başa çatıb - YENİLƏNİB

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi başa çatıb - YENİLƏNİB

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Mədəniyyət naziri Sabirabadda tarixi tikiliyə baxış keçirib

Mədəniyyət naziri Sabirabadda tarixi tikiliyə baxış keçirib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Milli Kitabxanada “Özbək ədəbiyyatı guşəsi”nin açılışı olub

Milli Kitabxanada “Özbək ədəbiyyatı guşəsi”nin açılışı olub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Norveçdə homofobiyaya qarşı qaldırılan mədəniyyət bayrağı - Munkun məşhur “Qışqırıq”ını eşidəcəyiniz muzeydən - REPORTAJ

Norveçdə homofobiyaya qarşı qaldırılan mədəniyyət bayrağı - Munkun məşhur “Qışqırıq”ını eşidəcəyiniz muzeydən - REPORTAJ

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
"Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Dünya İrs siyahısına salınıb

"Molla Nəsrəddin" lətifələrinin şifahi ənənəsi UNESCO-nun Dünya İrs siyahısına salınıb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Vaqif Mustafayev: “Yaxşı kinoların çəkilməməsi böyük faciələrə yol aça bilər"

Vaqif Mustafayev: “Yaxşı kinoların çəkilməməsi böyük faciələrə yol aça bilər"

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi ilə bağlı paylaşım edib