DGK: "Xanoba"da avtobus və minik avtomobillərin gömrük rəsmiləşdirilməsi sürətli qaydada aparılacaq"

DGK: "Xanoba"da avtobus və minik avtomobillərin gömrük rəsmiləşdirilməsi sürətli qaydada aparılacaq"

Azərbaycanın Rusiya ilə sərhəddə yenidən inşa olunan "Xanoba" sərhəd-buraxılış məntəqəsində nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılmaqla digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə media nümayəndələri üçün “Xanoba” buraxılış məntəqəsinə təşkil olunan səfər çəeçivəsində bildirib. Səfərin məqsədi sərhədkeçmə proseslərində tətbiq edilən yeniliklər, həmçinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin xüsusuiyyətləri barədə jurnalsitləri məlumatlandırmaq idi.

Onun sözlərinə görə, buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub: "Bu da yük, avtobus və minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır".

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən tikinti işlərinin həyata keçirildiyi buraxılış məntəqəsində ən müasir infrastruktur qurulub. Şimal-cənub nəqliyyat dəhlizinin mühüm komponentlərindən olan bu gömrük postu beynəlxalq ticarətin daha sürətli və asan şəkildə həyata keçirilməsi, ölkənin tranzit və ixrac imkanlarının genişləndirilməsi, nəqliyyat axının daha səmərəli şəkildə idarə olunması və mövsümi sıxlıqların aradan qaldırılmasında mühüm rol oynayacaq.

Layihənin ümumi sahəsi 6,85 hektar, yaşıllıq əraziləri 3331,7 m2, tikililərin sahəsi 20 104,23 m2, buraxılış məntəqəsinin sahəsi isə 22 000 m2-dir. “Xanoba” buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobus və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub.

Media nümayəndələri “Xanoba” buraxılış məntəqəsində yaradılan şəraitlə yaxından tanış olub, tətbiq edilən yenilikləri əyani şəkildə izlamək imkanı əldə ediblər. Jurnalistlərə sərnişin və yük nəzarət xəttlərində texnoloji sxemlər üzrə həyata keçirilən dəyişikliklər barədə məlumat verilib, həmçinin stasionar rentgen qurğusunda, Ticarətin Asanlaşdırılması Mərkəzində həyata keçirilən proseslər izlənilib.

İnfrastruktur İnfrastruktur
Bakının Sabunçu rayonunda və Balakəndə qaz kəsilib

Bakının Sabunçu rayonunda və Balakəndə qaz kəsilib

İnfrastruktur İnfrastruktur
Bakı metrosunda qatarda nasazlıq yaranıb

Bakı metrosunda qatarda nasazlıq yaranıb

İnfrastruktur İnfrastruktur
Əli Əsədov: "Xarici siyasətimizdə Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur"

Əli Əsədov: "Xarici siyasətimizdə Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur"

İnfrastruktur İnfrastruktur
Bakı-Qəbələ-Bakı istiqamətində 10 əlavə qatar reysi təyin edilib

Bakı-Qəbələ-Bakı istiqamətində 10 əlavə qatar reysi təyin edilib

İnfrastruktur İnfrastruktur
Azərbaycan Dünya Bankı ilə İKT və nəqliyyat sektorlarında əməkdaşlığı müzakirə edib

Azərbaycan Dünya Bankı ilə İKT və nəqliyyat sektorlarında əməkdaşlığı müzakirə edib

İnfrastruktur İnfrastruktur
Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”lərini almaq istəyənlərə qarşı tələblər sərtləşdirilib

Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”lərini almaq istəyənlərə qarşı tələblər sərtləşdirilib

İnfrastruktur İnfrastruktur
Azərbaycanda 2 ayda  80 mindən çox daşınmaz əmlaka çıxarış verilib

Azərbaycanda 2 ayda 80 mindən çox daşınmaz əmlaka çıxarış verilib

İnfrastruktur İnfrastruktur
Ekspert: “Yol tikintisinin tempi dövlətin iqtisadi ehtiyaclarından geri qalır”

Ekspert: “Yol tikintisinin tempi dövlətin iqtisadi ehtiyaclarından geri qalır”

İnfrastruktur İnfrastruktur
Azərbaycan ilə Bolqarıstan arasında nəqliyyat sahəsində əlaqələr genişləndirilir

Azərbaycan ilə Bolqarıstan arasında nəqliyyat sahəsində əlaqələr genişləndirilir

İnfrastruktur İnfrastruktur
Azərbaycan və Polşa Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Polşa Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə edib

İnfrastruktur İnfrastruktur
“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb - FOTO

“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb - FOTO

İnfrastruktur İnfrastruktur
BNA: "140 avtobusun hərəkət intervalında gecikmələr var"

BNA: "140 avtobusun hərəkət intervalında gecikmələr var"