Zəfərana dair yeni dövlət standartı qəbul edilib

Zəfərana dair yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS OIC/SMIC 10:2023 “Zəfəran (Crocus sativus L.) – Spesifikasiyalar və Sınaq Metodları” yeni dövlət standartı qəbul edilib.

"Birxeber.Az-Economics"in AZSTAND-a istinadən xəbərinə görə, yeni dövlət standartı adi zəfəran çiçəklərinin dişiciyinin bir hissəsindən alınan qurudulmuş zəfəranın xarakteristikasını müəyyən etmək məqsədilə qəbul edilib.

Yeni dövlət standartı “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 33) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.