Bərdədə nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bərdədə nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bərdədə nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Agentlik əməkdaşları Bərdə rayonu, Muğanlı kəndi ərazisində fəaliyyət göstərən fiziki şəxs Ələsgərov Xəqani Əliağa oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama aparıb.

Götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib. Ekspertizanın nəticələrinə əsasən, müəssisədə qablaşdırılan “Muğanlı” əmtəə nişanlı içməli suyun tərkibində “Pseudomonas aeruginosa” və “MAFAnnMM 22° C” bakteriyasının yol verilən həddən çox olduğu müəyyən edilib.

Həmçinin müəssisənin qeydiyyatdan keçmədiyi və müvafiq çıxarışla təmin olunmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub.

Eyni zamanda müəssisədə satışı həyata keçirilən “Muğanlı” əmtəə nişanlı içməli suların etiket məlumatlarında “təbii mineral süfrə suyu” sözü qeyd olunduğu aşkar olunub. Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə suyun emalının qadağan edilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub və müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib. Nümunə nəticəsi uyğunsuz çıxan mal partiyasının ticarət şəbəkələrindən geri çağırılıması və məhsulların məhv edilməsi haqqında qərar qəbul olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA su satışı ilə məşğul olan ticarət şəbəkələrinə bir daha xəbərdarlıq edərək bildirir ki, “Qida təhlükəsizliyi haqqında” qanunun müvafiq tələblərini kobud şəkildə pozaraq müvafiq normalara cavab verməyən bu kimi məhsulların satışı dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcək.

İstehlakçılardan hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar etdikdə, dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda təsərrüfatlarda bitki sağlamlığı ilə bağlı Türkiyə təcrübəsinin tətbiqinə başlanılır

Azərbaycanda təsərrüfatlarda bitki sağlamlığı ilə bağlı Türkiyə təcrübəsinin tətbiqinə başlanılır

SAĞLAMLIQ SAĞLAMLIQ
Bakıda koronavirus xəstələrinə baxan tibb işçilərinin maaşlarına əlavələrin verilmə müddəti uzadılıb

Bakıda koronavirus xəstələrinə baxan tibb işçilərinin maaşlarına əlavələrin verilmə müddəti uzadılıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Oğuzda ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

Oğuzda ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada Azərbaycanda 72 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib

Son sutkada Azərbaycanda 72 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada 66 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Son sutkada 66 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada 24 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda son sutkada 24 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

SAĞLAMLIQ SAĞLAMLIQ
Şamaxıda kafedə nöqsanlar aşkarlanıb

Şamaxıda kafedə nöqsanlar aşkarlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada 52 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 52 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada 18 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda son sutkada 18 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

SAĞLAMLIQ SAĞLAMLIQ
Kardioloqlar buzlu suda üzməyin faydaları haqqında mifi dağıdıblar

Kardioloqlar buzlu suda üzməyin faydaları haqqında mifi dağıdıblar

SAĞLAMLIQ SAĞLAMLIQ
2030-cu ildə insultdan ölənlərin sayı 5 milyona çata bilər

2030-cu ildə insultdan ölənlərin sayı 5 milyona çata bilər

SAĞLAMLIQ SAĞLAMLIQ
Dərmanların qeydiyyata alınması Qaydalarına dəyişiklik edilib

Dərmanların qeydiyyata alınması Qaydalarına dəyişiklik edilib