Retro avtomobillərin sərgisi təşkil olunub - FOTO
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda III Beynəlxalq Klassik Kabriolet sərgisi keçirilib.
Birxeber xəbər verir ki, şəhərin tarixi meydanında sərgilənən retro avtomobillər böyük marağa səbəb olub.
Sərgidə yerli sakinlərin və turistlərin ən çox maraq göstərdiyi avtomobil isə 1957-ci il model “Chevrolet Corvette C1” olub.
Bosniya və Herseqovina region ölkələri və İtaliya da daxil olmaqla 6 ölkədən ümumilikdə 40 klassik avtomobil sərgilənib.