Prezident Toğanalı-Kəlbəcər-İstisu yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub

Prezident Toğanalı-Kəlbəcər-İstisu yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

"Report" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər haqqında məlumat verdi.

Bildirildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.

Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq.

Məlumat verildi ki, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq.

Daxili siyasət Daxili siyasət
FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

Daxili siyasət Daxili siyasət
Şəki və Zaqatalada Xocalı soyqırımının ildönümü qeyd olunub

Şəki və Zaqatalada Xocalı soyqırımının ildönümü qeyd olunub

Daxili siyasət Daxili siyasət
Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib

Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Dövlət başçısı: "Bizim sözümüz imzamız qədər dəyərlidir"

Dövlət başçısı: "Bizim sözümüz imzamız qədər dəyərlidir"

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan Xronikası: Ermənistanın barışıq çağırışlarına cavab verməməsinin sirri

Qərbi Azərbaycan Xronikası: Ermənistanın barışıq çağırışlarına cavab verməməsinin sirri

Daxili siyasət Daxili siyasət
Prezident Administrasiyasına yeni tapşırıq verilib

Prezident Administrasiyasına yeni tapşırıq verilib

Daxili siyasət Daxili siyasət
Naxçıvan Şəhər İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub

Naxçıvan Şəhər İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub

Daxili siyasət Daxili siyasət
Cəbrayıl şəhərinin Baş plan təsdiqlənib

Cəbrayıl şəhərinin Baş plan təsdiqlənib

Daxili siyasət Daxili siyasət
“Prezidentin bölgələrə səfəri Azərbaycanın milli prioritetlərinə doğru daha bir addım hesab olunmalıdır” - RƏY

“Prezidentin bölgələrə səfəri Azərbaycanın milli prioritetlərinə doğru daha bir addım hesab olunmalıdır” - RƏY

Daxili siyasət Daxili siyasət
Baş prokuror Abşeronda vətəndaş qəbulu keçirəcək

Baş prokuror Abşeronda vətəndaş qəbulu keçirəcək

Daxili siyasət Daxili siyasət
Sabahdan bulvarda Yeni illə bağlı əyləncəli-musiqili proqramlar başlayır

Sabahdan bulvarda Yeni illə bağlı əyləncəli-musiqili proqramlar başlayır

Daxili siyasət Daxili siyasət
İcma: "Cozef Borel Avropa İttifaqını gözdən salır"

İcma: "Cozef Borel Avropa İttifaqını gözdən salır"