Prezident İlham Əliyev Kəlbəcərdə “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib

Prezident İlham Əliyev Kəlbəcərdə “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib.

"Birxeber.Az" xəbər verir ki, dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, alternativ və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı “AzərEnerji” daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub.

“Meydan” Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Prezident İlham Əliyev “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə salıb.

Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə “AzərEnerji” ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal ediləcək.

QARABAĞ QARABAĞ
"CNN Türk"ün müxbiri: "Xankəndi-Laçın yolu açıqdır, gördüklərimiz ermənilərin iddialarını puça çıxarır" 

"CNN Türk"ün müxbiri: "Xankəndi-Laçın yolu açıqdır, gördüklərimiz ermənilərin iddialarını puça çıxarır" 

QARABAĞ QARABAĞ
Prezident və birinci xanım Şuşada Xüsusi nümayəndəliyin inzibati binasının qarşısında görüləcək işlərlə tanış olublar

Prezident və birinci xanım Şuşada Xüsusi nümayəndəliyin inzibati binasının qarşısında görüləcək işlərlə tanış olublar

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda ekoaksiyanın 70-ci günü: tələblər dəyişməz, şüarlar eyni

Xankəndi-Laçın yolunda ekoaksiyanın 70-ci günü: tələblər dəyişməz, şüarlar eyni

QARABAĞ QARABAĞ
"Məntəqədən Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin keçidi üçün müvafiq şərait mövcuddur"

"Məntəqədən Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin keçidi üçün müvafiq şərait mövcuddur"

QARABAĞ QARABAĞ
Qazaxıstanlı ekspert: “Ermənistan hər vasitə ilə Bakını “humanitar fəlakət”də ittiham etməyə çalışır”

Qazaxıstanlı ekspert: “Ermənistan hər vasitə ilə Bakını “humanitar fəlakət”də ittiham etməyə çalışır”

QARABAĞ QARABAĞ
Dünya KİV-ləri: “Okampo Qarabağdakı rusiyayönlü separatçıların rəhbəri ilə əlaqə saxlayır”

Dünya KİV-ləri: “Okampo Qarabağdakı rusiyayönlü separatçıların rəhbəri ilə əlaqə saxlayır”

QARABAĞ QARABAĞ
Qarabağdakı erməni sakinlərlə görüşlər başladı - Bakı istəyinə nail olur

Qarabağdakı erməni sakinlərlə görüşlər başladı - Bakı istəyinə nail olur

QARABAĞ QARABAĞ
Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə başlanılıb - VİDEO

Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə başlanılıb - VİDEO

QARABAĞ QARABAĞ
Ekoaksiya: Xankəndi-Laçın yolunda fəallıq hər gün daha da artır

Ekoaksiya: Xankəndi-Laçın yolunda fəallıq hər gün daha da artır

QARABAĞ QARABAĞ
ANAMA sədri: “Azərbaycanın azad edilmiş 64 min hektar ərazisi minalardan təmizlənib”

ANAMA sədri: “Azərbaycanın azad edilmiş 64 min hektar ərazisi minalardan təmizlənib”

QARABAĞ QARABAĞ
Zəngilanda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun iclası keçirilib

Zəngilanda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun iclası keçirilib

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda aksiya 34 gündür davam edir

Xankəndi-Laçın yolunda aksiya 34 gündür davam edir