Naxçıvanın Əliabad qəsəbəsində yanğın olub
Naxçıvan şəhəri Əliabad qəsəbəsində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyin Mətbuat xidmətindən "Report"un yerli bürosuna bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Əliabad qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.