Qazaxıstan və Ukrayna prezidentlərinin telefon danışığı olub

Qazaxıstan və Ukrayna prezidentlərinin telefon danışığı olub

Ukrayna tərəfinin təşəbbüsü ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Vladimir Zelenski arasında telefon danışığı olub.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, söhbət zamanı Zelenski Qazaxıstan ictimai təşkilatlarının xətti ilə Ukraynaya humanitar yardım göstərildiyinə görə Tokayevə minnətdarlığını bildirib. O, həmçinin Davosda "sülh formulu" üzrə 80-dən çox dövlətin nümayəndələrinin son görüşünün yekunları və İsveçrədə növbəti qlobal sammitə hazırlıq barədə ətraflı məlumat verib.

Qazaxıstan və Ukrayna liderləri ikitərəfli humanitar və ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərini də müzakirə ediblər.

Əhməd Əkbərov