UTX rəisi Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsünün partladılmasında əli olmasına işarə edib
Ukrayna Təhlükəsizlik Xidməti 2022-ci ilin oktyabrında Krım körpüsünü partlatmaq üçün “müəyyən tədbirlər” həyata keçirib.
“Report” xəbər verir ki, bu barədə Xidmətin rəisi Vasili Malyuk jurnalist Dmitro Komarova
O, təfərrüatları açıqlamaqdan imtina edib, lakin bu qarşı tərəfin logistik yolunun kəsilməli olduğunu nəzərə alaraq beynəlxalq hüquqa və döyüş adət və ənənələrinə uyğun olaraq “müəyyən tədbirlərin görüldüyünü” söyləyib.
Qeyd edək ki, Krım körpüsünün uzunluğu 19 kilometrdir. Avtomobil hissəsi 2018-ci ilin mayında istifadəyə verilib və 2019-cu ilin dekabrında onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkətə başlayıb. Krım körpüsündə partlayış 2022-ci il oktyabrın 8-də baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb.