KİV: Krımdakı hərbi bazanın vurulması nəticəsində general da daxil olmaqla 10 hərbçi ölüb

KİV: Krımdakı hərbi bazanın vurulması nəticəsində general da daxil olmaqla 10 hərbçi ölüb

İşğal altında olan Krım yarımadasında Belbek aerodromuna Ukraynanın raket hücumu nəticəsində Rusiya ordusunun generalı Aleksandr Tatarenko ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, generaldan başqa, daha 9 hərbçi ölüb.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuqi İqnat da hücum nəticəsində itkilərin olduğunu söyləyib. O, həmçinin Rusiyanın 3 təyyarəsinin sıradan çıxdığını deyib.

Qeyd edək ki, fevralın 1-də Krım yarımadasında Belbek aerodromuna raket hücumu olub. Nəticədə 80 159 saylı hərbi hissənin rabitə məntəqəsində yanğın başlayıb. Yanğının 30 kvadratmetr ərazini əhatə etdiyi bildirilib.