AFFA azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirib

AFFA azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirib

Bu gün AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən klublarda çalışan azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün növbəti - III onlayn seminar təşkil olunub.

Milli assosiasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seminarda azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər ilə əlil azarkeşlərlə bağlı əlaqəli olan yerli və xarici təşkilatlar, stadionlarda əlil azarkeşlər üçün infrastruktur və digər mövzular barədə məlumat verilib.

Əlil azarkeşlərlə əlaqələndirici şəxslərin fəaliyyəti üçün faydalı materiallar paylaşılıb. “Qarabağ”ın nümayəndəsi Elnur Əliyev UEFA və FSE (Football Supporters Europe) tərəfindən azarkeşlərlə əlaqələndirici şəxslər üçün keçirilmiş iclasda baş vermiş hadisələri və təşkilatın gələcək planları haqqında bəhs edib.