Son illərdə ƏƏSMN-də işə qəbul edilənlərin sayı açıqlandı

Son illərdə ƏƏSMN-də işə qəbul edilənlərin sayı açıqlandı

Son illərdə müsahibələrdən uğurla keçmiş 828 şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğu vəzifələrində işə qəbul edilib.

Birxeber xəbər verir ki, 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik əməkdaşlarını Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə təbrik edib.

O, Prezident İlham Əliyevin yeni Sərəncamı ilə təltif edilən dövlət qulluqçuları sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də 10 əməkdaşının olduğunu, ümumilikdə 2018-ci ildən Nazirliyin 66 əməkdaşının dövlət təltiflərinə layiq görüldüyünü qeyd edib. Nazirlik əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətə, göstərdiyi böyük etimada görə dövlət başçısına minnətdarlığını bildirib, təltif olunan əməkdaşları bu münasibətlə təbrik edib.

S.Babayev bildirib ki, əhaliyə xidmətlərin yüksək səviyyədə təşkili, bu xidmətlərdə vətəndaş məmnunluğuna nail olunması dövlət qulluğu sisteminin əsas prinsiplərindən biridir.

Nazir dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların ölkəmizdə sosial sahədə aparılan islahatlara, əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun göstərilməsi işlərinə öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.

Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova Nazirlik sistemində işə qəbul prosesinə dair təqdimatla çıxış edib. Qeyd olunub ki, Nazirlik üzrə son illər ərzində ümumilikdə 1500 vakant vəzifə elan edilib, müsabiqə və müsahibələrdə uğur qazanan 828 şəxs müvafiq dövlət qulluğu vəzifələrinə təyin olunublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumatlara əsasən sertifikat əldə edərək və ümumi müsahibə nəticələri əsasında dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayına görə dövlət orqanları arasında birinci yeri tutub.

Tədbirdə Nazirliyin Aparatında və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində inzibati vəzifələr üzrə daimi dövlət qulluğuna qəbul edilən ümumilikdə 34 əməkdaş and içib.

Birxeber
Sosial Sosial
Ölümün qeydiyyatı ilə bağlı cərimələr müəyyənləşir

Ölümün qeydiyyatı ilə bağlı cərimələr müəyyənləşir

Sosial Sosial
Prezident təqaüdünə layiq görülən TƏLƏBƏLƏR - VİDEO

Prezident təqaüdünə layiq görülən TƏLƏBƏLƏR - VİDEO

Sosial Sosial
Mehriban Əliyevadan "Uşaq festivalı" ilə bağlı PAYLAŞIM

Mehriban Əliyevadan "Uşaq festivalı" ilə bağlı PAYLAŞIM

Sosial Sosial
Su üzrə tariflərin differensiasiya olunması təklif olunur

Su üzrə tariflərin differensiasiya olunması təklif olunur

Sosial Sosial
Bakıda obyektlərdə qaz balonlarının vəziyyəti ilə bağlı reydlər keçirilib - FOTO

Bakıda obyektlərdə qaz balonlarının vəziyyəti ilə bağlı reydlər keçirilib - FOTO

Sosial Sosial
Sürücülərə ŞAD XƏBƏR: Noyabrın 1-dən... - VİDEO

Sürücülərə ŞAD XƏBƏR: Noyabrın 1-dən... - VİDEO

Sosial Sosial
Ceyms Şarpdan yeni təyin olunan səfirə MƏSLƏHƏT: Səhər İçərişəhərə ... - VİDEO

Ceyms Şarpdan yeni təyin olunan səfirə MƏSLƏHƏT: Səhər İçərişəhərə ... - VİDEO

Sosial Sosial
İstehlaka yararsız dondurmalar məhv edilib

İstehlaka yararsız dondurmalar məhv edilib

Sosial Sosial
Ölkə üzrə 4 min 518 nəfərə evdə sosial-məişət xidməti göstərilir - FOTO

Ölkə üzrə 4 min 518 nəfərə evdə sosial-məişət xidməti göstərilir - FOTO

Sosial Sosial
Bu yollarda sıxlıq var - SİYAHI

Bu yollarda sıxlıq var - SİYAHI

Sosial Sosial
Bakıda 16 küçə və prospektdə sıxlıq var - SİYAHI

Bakıda 16 küçə və prospektdə sıxlıq var - SİYAHI

Sosial Sosial
Bu gündən bir sıra şəxslərin əmək haqları minimum 1000 AZN olacaq

Bu gündən bir sıra şəxslərin əmək haqları minimum 1000 AZN olacaq