Heydər Əliyev Beynəlxalq Aeroportu Türkiyə şirkəti ilə əməkdaşlığa başlayır

Heydər Əliyev Beynəlxalq Aeroportu Türkiyə şirkəti ilə əməkdaşlığa başlayır

Türkiyənin “TAV Technologies” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda slotların paylanması və səyahət sənədlərinin avtorizasiyası üzrə öz həllərini tətbiq edəcək.

"Birxeber.Az" bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

Məlumata görə, hava limanı ilə “TAV Technologies” arasında slotların paylanması və idarə edilməsi proseslərinin daha da təkmilləşdirilməsi haqqında müqavilə imzalanıb. Bundan əlavə, şirkətin TDAS məhsulunun istifadəsi nəticəsində pasport nəzarəti və digər səyahət sənədlərinin yoxlanılması tam avtomatlaşdırılacaq və rəqəmsallaşdırılacaq.

“Bu layihə bizim Azərbaycanda ilk iş təcrübəmizdir ki, bu da onu şirkətimiz üçün mühüm mərhələyə çevirir. Hesab edirəm ki, qabaqcıl sistemlərimizin tətbiqi Heydər Əliyev Beynəlxalq Aeroportunun rəqəmsallaşmasına, əməliyyat səmərəliliyinin və sərnişin məmnuniyyətinin artırılmasına töhfə verəcək.” - deyə “TAV Technologies”in baş direktoru M. Kerem Öztürk tərəfdaşlıqdan böyük məmnunluğunu ifadə edib.

“Heydər Əliyev Beynəlxalq Aeroportu ilə “TAV Technologies” arasında əməkdaşlıq sərnişinlərə göstərilən xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılması üçün qabaqcıl texnologiyaların istifadəsində yeni perspektivlər açır. Bu əməkdaşlıq, həmçinin hava limanının təhlükəsizliyini yaxşılaşdıracaq və sərnişinlərə səmərəli xidmət göstərəcək yeni təhlükəsizlik sistemlərinin tətbiqini təşviq edəcək”, - deyə AZAL-ın I vitse-prezidenti Samir Rzayev vurğulayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın milli aviadaşıyıcısı AZAL üçün baza hava limanıdır. Bakı aeroportu dəfələrlə regionun ən yaxşı hava limanı kimi tanınıb. Bu yaxınlarda Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu beynəlxalq “Skytrax World Airport Awards” agentliyinin qiymətləndirilməsinə görə Mərkəzi Asiya/MDB ölkələrində ən yaxşı hava limanı statusunu bir daha təsdiq edib. Aeroport, həmçinin ardıcıl olaraq ikinci dəfə “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olub.

Hava limanları üçün qabaqcıl texnoloji həllərin aparıcı təchizatçısı olan “TAV Technologies” tərəfindən hazırlanmış slot koordinasiya və idarəetmə sistemi (SCMS) və səyahət sənədlərinin avtorizasiyası sistemi (TDAS) artıq mükəmməl olan aviaşirkət və hava limanı xidmətlərinə töhfə verəcək. TDAS sistemi qərar qəbul etməyi asanlaşdıran və hava limanının gələcək sərnişin axınını proqnozlaşdırmasına kömək edən hərtərəfli statistika təqdim edir.

“TAV Airports Holding”in törəmə şirkəti olan “TAV Technologies” Türkiyənin əsas hava limanı operatoru və dünyada texnologiya sahəsində aviasiya xidmətləri və həllərini inkişaf etdirən və tətbiq edən aparıcı brenddir.

Yenilikçi texnologiya tərəfdaşı və əsas sistem inteqratoru kimi “TAV Technologies” şirkəti Tədqiqat və İnkişaf Mərkəzində və İnnovasiya Mərkəzində işlənib hazırlanmış tam texnologiya idarəetməsi və inteqrasiya olunmuş “premium” sinif həllər təqdim edir.

İnfrastruktur İnfrastruktur
ADY: "Yeni geosiyasi reallıqları nəzərə alaraq bütün istiqamətlərdə yüklərin vaxtında çatdırılmasını təmin etməliyik"

ADY: "Yeni geosiyasi reallıqları nəzərə alaraq bütün istiqamətlərdə yüklərin vaxtında çatdırılmasını təmin etməliyik"

İnfrastruktur İnfrastruktur
Bu gün İstanbulda yeni metro xətti istismara verilir

Bu gün İstanbulda yeni metro xətti istismara verilir

İnfrastruktur İnfrastruktur
Bakı metrosunda Heydər Əliyevin fotoları və kəlamlarından ibarət posterlərin nümayişinə başlanılıb

Bakı metrosunda Heydər Əliyevin fotoları və kəlamlarından ibarət posterlərin nümayişinə başlanılıb

İnfrastruktur İnfrastruktur
Bakıda 71 nömrəli avtobusun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bakıda 71 nömrəli avtobusun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İnfrastruktur İnfrastruktur
Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

İnfrastruktur İnfrastruktur
“Azərsu”: "Bakıda yağan yağıntıya hazır idik"

“Azərsu”: "Bakıda yağan yağıntıya hazır idik"

İnfrastruktur İnfrastruktur
Zəyəmçay su anbarının yaradılmasına başlanılıb

Zəyəmçay su anbarının yaradılmasına başlanılıb

İnfrastruktur İnfrastruktur
Gəncədə "Xan arxı"nın yatağında betonlama işləri görülür

Gəncədə "Xan arxı"nın yatağında betonlama işləri görülür

İnfrastruktur İnfrastruktur
Biləsuvarda tikintidə istifadə olunan taxta materiallar ucuzlaşıb

Biləsuvarda tikintidə istifadə olunan taxta materiallar ucuzlaşıb

İnfrastruktur İnfrastruktur
AZAL Barselonaya reysləri bərpa edir

AZAL Barselonaya reysləri bərpa edir

İnfrastruktur İnfrastruktur
Su təsərrüfatı ilə məşğul olan iki qurumun birləşdirilməsinin hansı nəticələri olacaq?

Su təsərrüfatı ilə məşğul olan iki qurumun birləşdirilməsinin hansı nəticələri olacaq?

İnfrastruktur İnfrastruktur
Bakıda daha bir yerüstü piyada keçidi inşa edilib

Bakıda daha bir yerüstü piyada keçidi inşa edilib