Göygöldə sel 4 kəndə ciddi zərər vurub, rabitə, qaz və elektrik xətləri sıradan çıxıb

Göygöldə sel 4 kəndə ciddi zərər vurub, rabitə, qaz və elektrik xətləri sıradan çıxıb

Ötən gün axşam saatlarında yağan güclü leysan yağışları nəticəsində Göygöl rayonunun Aşağı Zurnabad, Şəhriyar, Kərəmli və Topalhəsənli kəndlərindən sel keçib.

Göygöl Rayon İcra Hakimiyyətinin rayon Fövqəladə Hallar Komissiyasından "Report"un Qərb bürosuna bildirilib ki, sel həmin kəndlərə ciddi zərər vurub.

Qeyd edilib ki, sel nəticəsində əsasən avtomobil yoluna, qaz xətlərinə, elektrik və rabitə təsərrüfatına həmçininin vətəndaşlara məxsus əkin və həyətyanı sahələrə zərər dəyib.

Bildirilib ki, aidiyyəti qurumların, idarələrin əməkdaşları və texnikalar dərhal hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Vurğulanıb ki, hazırda hər 4 kənddə qazın və elektrik enerjisinin verilməsi qismən bərpa olunub. Eləcə də bu kəndləri birləşdirən avtomobil yolu təmizlənib və hərəkət bərpa edilib:

"Kənd daxili yollarda isə ciddi fəsadlar olmayıb. Son məlumata görə, vətəndaşlara məxsus müxtəlif markalı 5 avtomobilə zərər dəyib, obyektlərə və evlərə isə qismən ziyan dəyib. Hazırda komissiyanın əməkdaşları tərəfindən araşdırmalar aparılır, dəymiş ziyanlar hesablanır".

Xatırladaq ki, təbii fəlakət nəticəsində 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov selə düşərək dünyasını dəyişiblər.

HADİSƏ HADİSƏ
Yardımlıda avtomobil dərəyə aşıb, xəsarət alan var

Yardımlıda avtomobil dərəyə aşıb, xəsarət alan var

HADİSƏ HADİSƏ
Ağstafada evdə partlayış olub, 6 nəfər xəsarət alıb

Ağstafada evdə partlayış olub, 6 nəfər xəsarət alıb

HADİSƏ HADİSƏ
Naxçıvanda yaşayış binası yanır - YENİLƏNİB

Naxçıvanda yaşayış binası yanır - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Bakıda gənc motosikletçini avtomobil vurub

Bakıda gənc motosikletçini avtomobil vurub

HADİSƏ HADİSƏ
Xızıda yol polislərinə müqavimət göstərən şəxslər HƏBS OLUNDULAR

Xızıda yol polislərinə müqavimət göstərən şəxslər HƏBS OLUNDULAR

HADİSƏ HADİSƏ
Qubada 39 yaşlı kişi intihar edib

Qubada 39 yaşlı kişi intihar edib

HADİSƏ HADİSƏ
Rəşad Dağlının cinayət işi üzrə hazırlıq iclası keçirilib

Rəşad Dağlının cinayət işi üzrə hazırlıq iclası keçirilib

HADİSƏ HADİSƏ
Füzulidə yol qəzası olub, 2 nəfər ölüb

Füzulidə yol qəzası olub, 2 nəfər ölüb

HADİSƏ HADİSƏ
Bakıda evdən 10 000 manatlıq oğurluq edilib

Bakıda evdən 10 000 manatlıq oğurluq edilib

HADİSƏ HADİSƏ
Bərdə sakini Bakıda bıçaqlanaraq ağır vəziyyətə düşüb

Bərdə sakini Bakıda bıçaqlanaraq ağır vəziyyətə düşüb

HADİSƏ HADİSƏ
Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub

Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub

HADİSƏ HADİSƏ
"Öngörücü" Şirvan sakinlərini aldadaraq 50 000 dollar və 15 000 manatını alıb - FOTO

"Öngörücü" Şirvan sakinlərini aldadaraq 50 000 dollar və 15 000 manatını alıb - FOTO