Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü olub - YENİLƏNİB - 2

Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü olub - YENİLƏNİB - 2

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.

"Birxeber.Az" xəbər verir ki, Zirvə görüşündə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

- Hörmətli İlham Heydər oğlu. Hörmətli Nikol Vovayeviç.

Hörmətli həmkarlar, dostlar.

Biz növbəti görüşümüzün keçirilməsinə dair təklifə operativ reaksiya verdiyiniz üçün minnətdarıq və ümid edirəm ki, bu, bizim artıq çoxdan danışdığımız bəzi məsələlərin praktik həllində yaxşı müqəddimə olacaq.

Məhz bizim formatda bir çox məsələlərə dair uğur əldə etmək mümkün olub. 2020-ci ilin payızında təkcə hərbi əməliyyatlar dayanmayıb, sonra iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması, sərhədlərin delimitasiyası üzrə işlərə başlanılıb.

Bu vaxt ərzində bir çox hadisələr baş verib, mən onların hər biri üzərində dayanmayacağam, detallara varmayacağam. Zənnimcə, hələ də ümumilikdə kifayət qədər çətinliklərin və problemlərin olmasına baxmayaraq, hər halda vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir. Bax, indi biz üzbəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır. Lakin zənnimcə, biz bu barədə həm Azərbaycan tərəfdən, həm də Ermənistan tərəfdən olan həmkarlarla danışdıq. Bu məsələlər sırf texniki xarakter daşıyır.

Biz bu mövzunu ətraflı müzakirə etdik. Məsələ terminologiyadadır. Əlbəttə, bu terminlərin arxasında reallıqların və hadisələrin dəqiq qavranılması dayanır. Onlar müvafiq sənədlərin imzalanmasından sonra gəlir. Lakin fikrimcə, bizim hər üçümüzün nöqteyi-nəzərindən, - mən özümü, Ermənistanın baş nazirini və Azərbaycanın Prezidentini nəzərdə tuturam, - bunlar aradan qaldırılması mümkün olan maneələrdir. Əslində, bunlar sırf texniki məsələlərdir. Ona görə də biz qərara aldıq ki, yaxın vaxtlarda, bir həftədən sonra, – indi həmkarlarımdan bu tarixi razılaşdırmağı xahiş edirəm, – Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər. Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır.

Vaxta gəldikdə, biz bir həftədən sonra görüş barədə razılığa gəldik. Bu gün cümə axşamıdır. Ermənistan, yaxud Azərbaycan nümayəndə heyətlərinin hər hansı təklifi varmı? Çünki həmkarlar bu barədə öz aralarında razılaşmalıdırlar. Bir həftədən sonra normaldır?

Baş nazir Nikol Paşinyan: Bəli.

Prezident Vladimir Putin: İlham Heydər oğlu?

Prezident İlham Əliyev: Bəli.

Prezident Vladimir Putin: Mətbuat nümayəndələri çox sağ olsunlar. Biz bir az qapalı rejimdə işləyəcəyik.

2023-05-25 23:47

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

23:33

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü başlayıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xarici siyasət Xarici siyasət
İlham Əliyevin Astana səfiri - Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə yüksəlir - İCMAL

İlham Əliyevin Astana səfiri - Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə yüksəlir - İCMAL

Xarici siyasət Xarici siyasət
Azərbaycan səfiri Malatyaya gedir, itkin düşmüş tələbələrin valideynləri ilə görüşəcək  

Azərbaycan səfiri Malatyaya gedir, itkin düşmüş tələbələrin valideynləri ilə görüşəcək  

Xarici siyasət Xarici siyasət
Azərbaycanlıların Fransa Senatı üçün petisiyası ən çox rezonans doğuran müraciətlərdən birinə çevrilib

Azərbaycanlıların Fransa Senatı üçün petisiyası ən çox rezonans doğuran müraciətlərdən birinə çevrilib

Xarici siyasət Xarici siyasət
Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistanın gömrük əməkdaşlığı ilə bağlı Anlaşma Memorandumunu təsdiqləyib

Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistanın gömrük əməkdaşlığı ilə bağlı Anlaşma Memorandumunu təsdiqləyib

Xarici siyasət Xarici siyasət
Mövlud Çavuşoğlu: "Azərbaycan daim müstəqil olacaq"

Mövlud Çavuşoğlu: "Azərbaycan daim müstəqil olacaq"

Xarici siyasət Xarici siyasət
Azad edilmiş ərazilərdə bina və tikintilərdə “Kromatix SA” şirkətinin texnologiyalarından istifadə olunacaq

Azad edilmiş ərazilərdə bina və tikintilərdə “Kromatix SA” şirkətinin texnologiyalarından istifadə olunacaq

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Avropa Şurası Nazirlər Komitəsinin sədrinə cavab verib: "Laçın yolu açıqdır"

Azərbaycan XİN Avropa Şurası Nazirlər Komitəsinin sədrinə cavab verib: "Laçın yolu açıqdır"

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycan Prezidentini təbrik edib

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycan Prezidentini təbrik edib

Xarici siyasət Xarici siyasət
Ərdoğan Antalya Diplomatik Forumunu müstəqil qurum elan edib

Ərdoğan Antalya Diplomatik Forumunu müstəqil qurum elan edib

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: "Erməni sakinlərə qarşı tətbiq edilən “blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur"

Ceyhun Bayramov: "Erməni sakinlərə qarşı tətbiq edilən “blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur"

Xarici siyasət Xarici siyasət
Bakı Forumu: “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda panel iclası keçirilir

Bakı Forumu: “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda panel iclası keçirilir