Azərbaycan məktəblərində 20 mindən çox gənc müəllim çalışır

Azərbaycan məktəblərində 20 mindən çox gənc müəllim çalışır

Bu gün Azərbaycan ümumi təhsil müəssisələrində 20 418 gənc müəllim çalışır.

"Report" xəbər verir ki, 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 6 081 gənc müəllim uğur qazanaraq ümumi təhsil müəssisələrinə işə qəbul olunub.

Həmin müəllimlərdən 2 967-si müddətsiz, 3 114-ü isə müddətli müqavilə ilə təyin olunub. 3 543 gənc müəllim isə həvəsləndirmə tədbirləri tətbiq edilən kənd məktəblərinə təyin olunub. Onlardan 1768-i H1, 1775-i isə H2 (Həvəsləndirmə 1-rayon mərkəzindən 3 km-dən 20 km-ə, həvəsləndirmə 2 isə 20 km-dən artıq məsafədə yerləşən kənd məktəblərində çalışan müəllimlərin aylıq əmək haqqına əlavə) tətbiq edilən məktəblərə qəbul olunub.