Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

Fevralın 13-də, saat 12:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Cəlilabadda yerləşən Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 312) Cəlilabad, Biləsuvar, Yardımlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Birxeber.Az" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Cəlilabad Ərazi İdarəsinə (telefon: (2524) 5-10-80, elektron ünvan: [email protected] ) fevralın 12-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.