Almaniya Livandakı hərbçilərinin qalma müddətini uzadıb

Almaniya Livandakı hərbçilərinin qalma müddətini uzadıb

Almaniya parlamenti hərbi qulluqçuların Livanda iştirak mandatının daha bir il uzadılması barədə qərar qəbul edib.

"Birxeber" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Deputatların böyük əksəriyyəti alman hərbçilərinin iştirakının uzadılmasına səs verib.

Beləliklə, bir il ərzində 300-ə qədər alman əsgəri Livanda yerləşdirilə bilər. Missiyanın məqsədi Livana silah qaçaqmalçılığını dayandırmaq və bununla da Yaxın Şərq regionunda vəziyyəti sabitləşdirməkdir.