Bakıda 60 yaşlı kişini avtomobil vuraraq ayağını sındırıb
Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Birxeber"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Əliyev Elsevər İdris oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.