İran İraqa birgə neft-qaz layihələri hazırlamağı təklif edib

İran İraqa birgə neft-qaz layihələri hazırlamağı təklif edib

İran İraqa neft və qaz hasilatını artırmaq üçün enerji sektorunda müştərək layihələr hazırlamağı təklif edib.

"Birxeber" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Milli Neft Şirkətinin icraçı direktoru Möhsün Xocastemehr deyib.

Onun sözlərinə görə, İranda 400-ə yaxın neft və təbii qaz yatağı aşkar edilib, onların bir hissəsi İraqla sərhəddə yerləşir, ona görə də neft-qaz sahəsində əməkdaşlıq üçün əməli addımlar atmağın vaxtı çatıb.

İcraçı direktor qeyd edib ki, İran gündə təxminən 4 milyon barel neft və 1 milyard kubmetr qaz hasil edir.

"Yaxın 7 ildə ölkə neft və qaz hasilatının səviyyəsini sutkada 6 milyon barelə və 1,5 milyard kubmetrə çatdırmaq niyyətindədir. Belə göstəricilərə nail olmaq üçün İran 70 milyard dollar həcmində investisiya cəlb etməlidir. Biz bu sərmayələrin bir hissəsinin İraqla əməkdaşlıq yolu ilə cəlb olunmasını istəyirik. Bu gün bizim karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində birgə işləmək üçün gözəl imkanımız var", - Xocastemehr bildirib.

2020-ci il üçün İranda təsdiqlənmiş neft ehtiyatları 157,8 milyard barel (dünyanın 9,1%-i) səviyyəsində qiymətləndirilir. Bundan əlavə, İran dünyanın ən böyük qaz yataqlarına malikdir və hasil edilən qazın böyük hissəsi ölkənin daxili ehtiyaclarını ödəmək üçün istifadə olunur. İran müntəzəm olaraq bir sıra ölkələrə, o cümlədən Türkiyə və İraqa qaz tədarük edir.

Energetika Energetika
Azərbaycan nefti 120 dollara qədər ucuzlaşıb

Azərbaycan nefti 120 dollara qədər ucuzlaşıb

Energetika Energetika
Prezident: "Ümid edirik ki, tezliklə TAP-ın ötürmə qabiliyyətinin artırılması ilə bağlı qərar qəbul olunacaq"

Prezident: "Ümid edirik ki, tezliklə TAP-ın ötürmə qabiliyyətinin artırılması ilə bağlı qərar qəbul olunacaq"

Energetika Energetika
Ağdamın elektrik enerjisi təsərrüfatına dəymiş ziyan aradan qaldırılıb

Ağdamın elektrik enerjisi təsərrüfatına dəymiş ziyan aradan qaldırılıb

Energetika Energetika
Tərtər, Qax və Yevlaxda qaz təchizatı müvəqqəti dayandırılacaq

Tərtər, Qax və Yevlaxda qaz təchizatı müvəqqəti dayandırılacaq

Energetika Energetika
Qarabağda “Yaşıl enerji” zonasının yaradılmasına QDF də cəlb ediləcək

Qarabağda “Yaşıl enerji” zonasının yaradılmasına QDF də cəlb ediləcək

Energetika Energetika
Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

Energetika Energetika
Azərbaycanda karbon emissiyaların 40 % azaldılması hədəfinə necə çatılması açıqlanıb

Azərbaycanda karbon emissiyaların 40 % azaldılması hədəfinə necə çatılması açıqlanıb

Energetika Energetika
Aİ Rusiya qazını mərhələli şəkildə dayandırmaq planı hazırlayıb

Aİ Rusiya qazını mərhələli şəkildə dayandırmaq planı hazırlayıb

Energetika Energetika
Prezident: “Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq”

Prezident: “Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq”

Energetika Energetika
Azərbaycan neftinin qiyməti 77 dolları keçib

Azərbaycan neftinin qiyməti 77 dolları keçib

Energetika Energetika
"Azərkontrakt" ötən il 84 milyon manata yaxın xalis mənfəət əldə edib

"Azərkontrakt" ötən il 84 milyon manata yaxın xalis mənfəət əldə edib

Energetika Energetika
“Fitch”: OPEC+ ölkələrinin hasilatı azaltmaq qərarı qıtlığa səbəb ola bilər

“Fitch”: OPEC+ ölkələrinin hasilatı azaltmaq qərarı qıtlığa səbəb ola bilər