Amerikalı müşahidəçi: Builki sorğuda Prezident İlham Əliyevin göstəriciləri yüksək səviyyədədir

Amerikalı müşahidəçi: Builki sorğuda Prezident İlham Əliyevin göstəriciləri yüksək səviyyədədir

Biz Azərbaycanda 10 ildən çoxdur sorğu aparırıq.

Birxeber.Az xəbər verir ki, bunu növbədənkənar prezident seçkilərində “exit-poll” keçirəcək ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatının tərəfdaşı Corc Birnbaum Şuşada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, builki sorğuda Prezident İlham Əliyevin göstəriciləri yüksək səviyyədədir.

“Hesab edirik ki, ölkənin ərazi bütövlüyün bərpa edilməsi İlham Əliyevin nüfuzunun daha da artmasına təsir edib”, - amerikalı müşahidəçi qeyd edib.