Bakı Beynəlxalq Dəniz Ticarət Limanına ayrılan torpağın sahəsi müəyyənləşib

Bakı Beynəlxalq Dəniz Ticarət Limanına ayrılan torpağın sahəsi müəyyənləşib

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan torpağın sahəsi dəqiqləşdirilib.

APA-nın xəəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi məqsədi ilə ayrılmış 400 hektar deyil, 369.26 hektar torpaq sahəsi ayrılacaq.