Bazar iştirakçılarına dair meyarlar müəyyənləşəcək

Bazar iştirakçılarına dair meyarlar müəyyənləşəcək

Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydası müəyyənləşəcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət ehtiyatları haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Nazirlər Kabineti 6 ay müddətində bazar iştirakçılarına dair meyarları və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydasını təsdiqləyib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.