TƏBİB-in İcraçı direktoru məktəblərdə baş verən kütləvi zəhərlənmələrə münasibət bildirib

TƏBİB-in İcraçı direktoru məktəblərdə baş verən kütləvi zəhərlənmələrə münasibət bildirib

"Məktəblərdə baş verən kütləvi zəhərlənmə halları ilə bağlı TƏBİB tərəfindən araşdırma aparılmır".

Bunu "Report"un sorğusuna cavab olaraq TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, TƏBİB tibbi xidməti təşkil edən və ona nəzarət edən bir qurumdur: "Bu kimi hallarla bağlı araşdırmanı müvafiq qurumlar aparır. Həmin qurumlar da hər hansı zəhərlənmə faktı aşkar olunduqdan sonra bununla bağlı açıqlama yayırlar. Yəni, TƏBİB sadəcə olaraq tabeliyində olan tibb müəssisəsinə müraciət etmiş zəhərlənmiş, yaxud digər problemlə bağlı xəstələrin müalicəsini təşkil edir".

V.Qurbanov söyləyib ki, məktəblərdə tibb işçiləri də fəaliyyət göstərir:

"Bizim Bakı şəhərindəki və regionlardakı məktəblərdə tibb işçilərimiz var. Məktəblərdə hansısa şagird və ya müəllim səhhətində narahatlıq hiss edərsə, rahat şəkildə tibb işçilərinə yaxınlaşa və tibbi xidmətdən yararlana bilərlər".

Qeyd edək ki, aprelin 6-da Bakı şəhərinin 20 nömrəli məktəb-liseyində 6 şagird qidadan zəhərlənib.

Mayın 23-də isə Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəllimi zəhərlənib. Hadisənin mayın 23-də havanın temperaturunun yüksək olması səbəbindən məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanması səbəbindən baş verdiyi ehtimal edilir.

SAĞLAMLIQ SAĞLAMLIQ
Xaçmazda süd emalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Xaçmazda süd emalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

SAĞLAMLIQ SAĞLAMLIQ
ABŞ kəşfiyyatı: “SARS-CoV-2” virusu bioloji silah kimi hazırlanmayıb

ABŞ kəşfiyyatı: “SARS-CoV-2” virusu bioloji silah kimi hazırlanmayıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada Azərbaycanda 71 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda 71 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Sarayda 200 çarpayılıq Vərəm Əleyhinə Xəstəxana istifadəyə verilib

Sarayda 200 çarpayılıq Vərəm Əleyhinə Xəstəxana istifadəyə verilib

SAĞLAMLIQ SAĞLAMLIQ
TƏBİB rəhbəri səhiyyə sahəsində üç dövlət qurumunun fəaliyyət göstərməsinə aydınlıq gətirib

TƏBİB rəhbəri səhiyyə sahəsində üç dövlət qurumunun fəaliyyət göstərməsinə aydınlıq gətirib

SAĞLAMLIQ SAĞLAMLIQ
ÜST iyulun sonuna doğru COVID-19-a yoluxma hallarının artdığını açıqlayıb

ÜST iyulun sonuna doğru COVID-19-a yoluxma hallarının artdığını açıqlayıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanlı psixoloq: "Kahramanmaraşda zəlzələdən zərərçəkmişlərə psixoloji yardım göstəririk"

Azərbaycanlı psixoloq: "Kahramanmaraşda zəlzələdən zərərçəkmişlərə psixoloji yardım göstəririk"

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son gündə COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
“Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!” adlı tədbir keçirilib

“Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!” adlı tədbir keçirilib

SAĞLAMLIQ SAĞLAMLIQ
Alimlər beyni cavanlaşdırmağın üsulunu tapıblar

Alimlər beyni cavanlaşdırmağın üsulunu tapıblar

SAĞLAMLIQ SAĞLAMLIQ
Azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçiriləcək

Azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçiriləcək

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada Azərbaycanda 35 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Son sutkada Azərbaycanda 35 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb