BDU-nun Heydər Əliyev Muzeyinin və Lektoriyasının əsaslı yenidənqurmadan sonra açılış mərasimi olub

BDU-nun Heydər Əliyev Muzeyinin və Lektoriyasının əsaslı yenidənqurmadan sonra açılış mərasimi olub

Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyev Muzeyinin və Lektoriyasının əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilib.

"Report" xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, BDU-nun rektoru Elçin Babayev, Yerusəlim İbrani Universitetinin Beynəlxalq məsələlər üzrə vitse-prezidenti Oron Şagrir və təhsil ictimaiyyəti iştirak edib.

Tədbirdə qonaqlar muzey və lektoriya ilə tanış olublar.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun tədbirlər planı çərçivəsində muzey ən müasir standartlarla əsaslı şəkildə yenidən qurulub. Foyedə də əsaslı şəkildə yeni konsepsiya ilə təmir işləri aparılıb. Lektoriya da tamamilə yeni insfrastrukturda, müasir konsepsiyaya uyğun şəkildə təmir olunub. Əvvəldən burada olmayan istilik-soyutma təchizatı, robot kameralar, ayrıca rəqəmsal idarəetmə mərkəzi lektoriyada keçirilən tədbirlərin, görüşlərin texniki cəhətdən ən yüksək səviyyədə təşkilinə imkan yaradacaq. Rəqəmsal monitorların birbaşa sürətli internetə girişi vasitəsilə anında ölkədaxili və xarici onlayn bağlantılar vasitəsilə beynəlxalq konfrans, qonaqların qəbulu, seminarlar, tədbirlər və s. keçiriləcək.

Həmçinin vurğulanıb ki, Bakı Dövlət Universitetinin 2 saylı tədris binasının da yeni konsepsiya və ən müasir standartlara uyğun şəkildə təmiri davam edir. Böyük akt zalı, ümumiyyətlə, universitetin hər bir korpusunun da ən qısa zamanda əsaslı şəkildə yenidən qurulması gözlənilir.

Daha sonra Elm və Təhsil Nazirliyinin dəstəyi ilə BDU və İsrailin "Hebrew University of Jerusalem" (HUJI) arasında əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi keçirilib.

Elm və təhsil Elm və təhsil
DİM: “Məktəbi “5” qiyməti ilə bitirən məzunların yalnız 35.21%-i attestat qiymətlərini doğrulda bilib”

DİM: “Məktəbi “5” qiyməti ilə bitirən məzunların yalnız 35.21%-i attestat qiymətlərini doğrulda bilib”

Elm və təhsil Elm və təhsil
Naxçıvan DİM-in keçirdiyi müsabiqə nəticəsində 104 nəfər işlə təmin olunub

Naxçıvan DİM-in keçirdiyi müsabiqə nəticəsində 104 nəfər işlə təmin olunub

Elm və təhsil Elm və təhsil
Azərbaycan məktəblərində müəllim vəzifəsinə 9 mindən artıq vakant yer var

Azərbaycan məktəblərində müəllim vəzifəsinə 9 mindən artıq vakant yer var

Elm və təhsil Elm və təhsil
Məleykə Abbaszadə: "Ölkədə gənclərin potensialını açmaq üçün müxtəlif layihələr və imkanlar mövcuddur"

Məleykə Abbaszadə: "Ölkədə gənclərin potensialını açmaq üçün müxtəlif layihələr və imkanlar mövcuddur"

Elm və təhsil Elm və təhsil
Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub - EKSKLÜZİV

Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub - EKSKLÜZİV

Elm və təhsil Elm və təhsil
DİM hakimliyə namizədlər üçün imtahan keçirib

DİM hakimliyə namizədlər üçün imtahan keçirib

Elm və təhsil Elm və təhsil
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanında iştirak edən namizədlərin sayı açıqlanıb

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanında iştirak edən namizədlərin sayı açıqlanıb

Elm və təhsil Elm və təhsil
Görkəmli alim-numizmat Əli Rəcəbli vəfat edib

Görkəmli alim-numizmat Əli Rəcəbli vəfat edib

Elm və təhsil Elm və təhsil
AMEA Beynəlxalq Elmi Şuraya tamhüquqlu üzv qəbul edilib

AMEA Beynəlxalq Elmi Şuraya tamhüquqlu üzv qəbul edilib

Elm və təhsil Elm və təhsil
Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim olunub

Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim olunub

Elm və təhsil Elm və təhsil
Emin Əmrullayev Naxçıvana səfər edəcək

Emin Əmrullayev Naxçıvana səfər edəcək

Elm və təhsil Elm və təhsil
Bu gün DİM I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Bu gün DİM I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir