Bakıdakı tibb müəssisələri yeni tibbi avadanlıqlarla təchiz olunub

Bakıdakı tibb müəssisələri yeni tibbi avadanlıqlarla təchiz olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri yeni tibbi avadanlıqlarla təchiz olunub.

Bu barədə "Report"a Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Mərkəzin tabeliyində fəaliyyət göstərən qadın məsləhətxanaları və digər ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin qadın şöbələrində 24 ədəd ən müasir ultrasəs cihazları quraşdırılıb.

Dünyada tibbi avadanlıqların tanınmış istehsalçısı olan Mindray şirkətinin DC seriyalı diaqnostik ultrasəs aparatı ən keyfiyyətli erqonomikaya və yüksək səviyyəli vizuallaşdırmaya malikdir.

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 10 nömrəli Qadın Məsləhətxanasının şüa-diaqnostika üzrə həkimi Aliyə Aslanbəylinin sözlərinə görə, yeni USM cihazlarının bir çox üstünlükləri var: “Bu, yeni cihaz ana bətnində həm dölün qan-damar sisteminə, həm də hamilənin damarlarının, həmçinin aşağı və yuxarı ətraflarının damar müayinəsinə, o cümlədən daxili orqanlarının daha ətraflı müayinəsinə imkan verir. Biz həkimlər olaraq, rahat şəkildə hamilələri ginekoloji, vaginal müayinə edir, süd və qalxanvari vəzilərində yarana biləcək hər hansı patologiyalar haqqında qabaqcadan məlumat verə bilirik. Bu o deməkdir ki, artıq ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində də hamilələrə doğuşaqədərki dövrdə müayinə və müalicələr üçün yeni imkanlar yaradılır. Yəni, bundan sonra pasiyentlərimizin müayinə və müalicə üçün özəl klinikalara və ya böyük tibb mərkəzlərinə üz tutmasına ehtiyac qalmır”.

Məlumat üçün bildirək ki, TƏBİB-in tabeliyində ilkin səhiyyə xidməti göstərən digər tibb müəssisələri də yaxın gələcəkdə və mərhələli şəkildə həmin cihazlarla təmin ediləcək.

Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində yararsız olan tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması, müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.

SAĞLAMLIQ SAĞLAMLIQ
Fransada meymunçiçəyinə minlərlə yoluxma aşkarlanıb

Fransada meymunçiçəyinə minlərlə yoluxma aşkarlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada 48 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda son sutkada 48 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

SAĞLAMLIQ SAĞLAMLIQ
Oftalmoloq: “Eynək taxa bilməyən şagird optik linzadan istifadə edə bilər”

Oftalmoloq: “Eynək taxa bilməyən şagird optik linzadan istifadə edə bilər”

SAĞLAMLIQ SAĞLAMLIQ
TƏBİB-in tabeli tibb müəssisələrinin əməkdaşlarının sayı açıqlanıb

TƏBİB-in tabeli tibb müəssisələrinin əməkdaşlarının sayı açıqlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
İsrail klinikasının rəhbəri: “Azərbaycanda çox yaxşı səhiyyə sistemi var”

İsrail klinikasının rəhbəri: “Azərbaycanda çox yaxşı səhiyyə sistemi var”

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada 92 yeni yoluxma faktı qeydə alınıb

Son sutkada 92 yeni yoluxma faktı qeydə alınıb

SAĞLAMLIQ SAĞLAMLIQ
TƏBİB: Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir

TƏBİB: Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda koronavirusa yoluxan və peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda koronavirusa yoluxan və peyvənd olunanların sayı açıqlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
“Bütün hallarda tələb olunan qaydalara əməl etmək lazımdır” - RƏY

“Bütün hallarda tələb olunan qaydalara əməl etmək lazımdır” - RƏY

SAĞLAMLIQ SAĞLAMLIQ
Müharibədə hərbçiləri xilas edən həkim: "Yaralılar özlərindən çox yoldaşlarının durumu ilə maraqlanırdılar"

Müharibədə hərbçiləri xilas edən həkim: "Yaralılar özlərindən çox yoldaşlarının durumu ilə maraqlanırdılar"

SAĞLAMLIQ SAĞLAMLIQ
Danimarka dərman istehsalçısı: "Azərbaycanda satılan "Ozempik" preparatı saxtadır"

Danimarka dərman istehsalçısı: "Azərbaycanda satılan "Ozempik" preparatı saxtadır"

SAĞLAMLIQ SAĞLAMLIQ
Həkimlərin fəaliyyəti ilə bağlı monitorinqlər keçiriləcək, uğur qazanmayanların əlavələri dayandırılacaq

Həkimlərin fəaliyyəti ilə bağlı monitorinqlər keçiriləcək, uğur qazanmayanların əlavələri dayandırılacaq