AMEA-nın yeni loqotipi-emblemi hazırlanır

AMEA-nın yeni loqotipi-emblemi hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının yeni loqotipi-emblemi hazırlanır.

"Report" xəbər verir ki, AMEA prezidenti, akademik İsa Həbibbəyli müasir elmin çağırışlarına, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə Akademiyanın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə uyğun olaraq AMEA-nın yeni loqotipinin-embleminin hazırlanması zərurətinin meydana çıxdığını bildirib.

İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın yeni loqotipi-emblemi müasir dünyanın elmi çağırışları və dövlətçilik ənənələrini, Milli Elmlər Akademiyasının əsas məqsədləri, inkişafı, vəzifələri, hədəfləri ilə bağlı simvol və təsvirlərin elementlərini əks etdirməli və yaradıcı təfəkkürün məhsulu olmalıdır.

Müsabiqənin şərtləri barədə məlumat verən akademik bildirib ki, AMEA-nın yeni loqotipinin-embleminin layihəsi dairəvi formada yağlı boya ilə və ya rəngli qrafika ilə işlənilməlidir.

Müsabiqədə yalnız Akademiyada çalışıb, təsviri sənətlə məşğul olan və digər əməkdaşlar iştirak edə bilərlər.

AMEA-nın emblem layihələrini müsabiqə komissiyası qiymətləndirəcək, qalib işin müəllifi pul mükafatı ilə təltif ediləcək və ona müvafiq sertifikat veriləcək.