İnarə Vəliyeva: “Qarşıdakı 2 ildə aktiv startapların sayı 500-ə çatacaq”

İnarə Vəliyeva: “Qarşıdakı 2 ildə aktiv startapların sayı 500-ə çatacaq”

2026-cı ilə kimi Azərbaycanda aktiv startapların sayının 500-ə çatacağı gözlənilir.

Bunu "Birxeber.Az"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva bildirib.

"Bu gün üçün deyə bilərik ki, Azərbaycanda 220 aktiv startap mövcuddur. Startapların sayının artması birbaşa olaraq MVP-lərin (Minimum İşlək Məhsul) sayına bağlıdır. Hazırda MVP-li startapların sayı 105-ə yaxındır. Bu il üçün isə hədəfimiz 115 işlək yeni MVP-nin bazara çıxarılmasıdır”,- deyə o qeyd edib.

İ.Vəliyeva ilə müsahibəni tam şəkildə buradan oxumaq mümkündür.