Azərbaycan Prezidenti ATƏT Parlament Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti ATƏT Parlament Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edib.

"Report" xəbər verir ki, Marqareta Sederfelt Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb və bu tədbirdə ATƏT-ə üzv ölkələrin çox sayda parlament nümayəndə heyətlərinin təmsil olunduğunu bildirib, burada gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yarandığını deyib.

ATƏT Parlament Assambleyasının sədri nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər edəcəklərini və ərazilərimizin yenidən qurulması prosesləri ilə tanış olacaqlarını vurğulayıb.

Marqareta Sederfelt hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində media müstəvisində müsbət bəyanatların olduğunu qeyd edərək sülh gündəliyi ilə maraqlanıb.

Dövlət başçısı Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb. Nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərinin, orada aparılan işlərlə yerində tanış olmalarının önəmini qeyd edən Prezident İlham Əliyev hazırda həmin ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycanın çıxış etdiyini vurğulayıb. Dövlət başçısı bu xüsusda son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərini qeyd etdi, qarşıdan gələn dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərin olacağını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında ölkəmizin sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb.

Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri də müzakirə olunub.

11:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının (PA) sədri xanım Marqareta Sederfelti qəbul edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Xarici siyasət Xarici siyasət
Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb - SİYAHI

Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb - SİYAHI

Xarici siyasət Xarici siyasət
Azərbaycanın daimi nümayəndəsi Bioloji Silahlar Konvensiyası ilə bağlı konfransda çıxış edib

Azərbaycanın daimi nümayəndəsi Bioloji Silahlar Konvensiyası ilə bağlı konfransda çıxış edib

Xarici siyasət Xarici siyasət
Deputat: "Təəssüf ki, Fransa hələ də regionda vəziyyəti gərginləşdirmək cəhdlərini davam etdirir"

Deputat: "Təəssüf ki, Fransa hələ də regionda vəziyyəti gərginləşdirmək cəhdlərini davam etdirir"

Xarici siyasət Xarici siyasət
Ankarada Türkiyə - Azərbaycan Dostluq Konserti keçirilib

Ankarada Türkiyə - Azərbaycan Dostluq Konserti keçirilib

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Aleksandr Lukaşenko: “Heydər Əliyev unikal şəxsiyyət və böyük siyasətçidir”

Aleksandr Lukaşenko: “Heydər Əliyev unikal şəxsiyyət və böyük siyasətçidir”

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

Xarici siyasət Xarici siyasət
Livanda Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılıb

Livanda Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılıb

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Kanada XİN başçısına cavab verib

Azərbaycan XİN Kanada XİN başçısına cavab verib

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO Baş katibinin köməkçisi ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO Baş katibinin köməkçisi ilə görüşüb - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
XİN: Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarının ifşasını davam etdirir

XİN: Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarının ifşasını davam etdirir

Xarici siyasət Xarici siyasət
Politoloq: "Hindistan Azərbaycanın geosiyasi əhəmiyyətini layiqincə qiymətləndirmir, Ermənistanı isə həddən artıq şişirdir”

Politoloq: "Hindistan Azərbaycanın geosiyasi əhəmiyyətini layiqincə qiymətləndirmir, Ermənistanı isə həddən artıq şişirdir”