Azərbaycan və Türkiyənin Rumıniyadakı səfirləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan və Türkiyənin Rumıniyadakı səfirləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Türkiyənin bu ölkədəki səfiri Özgür Kıvanç Altan ilə görüşüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyə səfiri “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz Azərbaycanın Rumıniyadakı yeni səfiri Qüdsi Osmanov və onun komandası ilə Türkiyə səfirliyində görüşdük. Həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdik”, - səfir yazıb.