“Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu 2024” keçirilib

“Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu 2024” keçirilib

Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində 340 nəfər tələbə gəncin iştirakı ilə “Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu 2024” adlı tədbir keçirilib.

"Report" xəbər evrir ki, forumun əsas məqsədi TGT-lərin fəaliyyətinin səmərəliliyi, gələcək perspektivdə inkişaf strategiyasının müəyyən olunması və düzgün planlanma aparılmasına dəstək olmaq olub.

Açılış nitqi ilə ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətinin əhəmiyyəti, bu günə qədər gənclərlə bağlı görülən işlər haqqında danışıb, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb .

İttifaqın baş katibi Rəşad Zeynalov və proqram meneceri Fidan Həsənova tərəfindən İttifaqın 2023-cü il üzrə hesabatı təqdim olunub, həmçinin TGT-lərin və tələbə klublarının üzləşdiyi çətinliklər müzakirə olunaraq onların təklifləri dinlənilib.

Müzakirənin ardınca TGT-lərin yenilənmiş vahid əsasnaməsi təqdim olunub. Daha sonra tələbə gənclər ATGTİ-nin SWOT analizinin hazırlaması üzrə qrup işi icra edib.

Ardınca Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, UNEC-in Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, AzMİU-nun Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, BAAU-nun elmi işlər üzrə prorektoru Gülzar İbrahimovanın iştirakı ilə “Tələbə Gənclər Təşkilatlarının təhsil müəssisəsi daxili administrativ və xidməti fəaliyyətlərə cəlbi və bu proseslərdə rolu” mövzusunda panel görüş baş tutub, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Forum müddətində TGT-lərin yenilənmiş vahid loqoya keçid edən 15 uğurlu Tələbə Gənclər Təşkilatı müəyyən edilmiş, daha sonra Gənclər Günü münasibəti ilə bağlı mükafatlanma mərasimi keçirilərək İlin Tələbə Klubu, İlin TGT Sədri, İlin TGT-i, Ağ Çinar nominasiyaları əsasında plaketlər təqdim olunmuş, həmçinin fəxri fərman və ilin TGT nümayəndələri təltif olunub.