DYP moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib

DYP moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib.

İdarənin rəsmisi polis mayoru Araz Əsgərli “Birxeber.Az”a bildirib ki, yaz mövsümü ilə əlaqədar havanın isti keçməsi bəzi moped və motosiklet idarə edən şəxslərin təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşmaqla xüsusən də motodəbilqədən müxtəlif bəhanələrlə istifadə etmədən idarəetmə halları çoxalıb:

“Əvvəla onu qeyd etməliyik ki, motodəbilqədən istifadə etməmək inzibati məsuliyyət formalaşdırmaqla yanaşı yol nəqliyyat hadisəsi zamanı təhlükəsizliyin təmin olunması riskini artırır. Bu da ən ağır yol nəqliyyat hadisələrində geri dönüşü olmayan faciələrə yol açır. Bütün moped və motosiklet idarə edən sürücülərə, eləcə də onların sərnişinlərinə nəzərdə tutulan qaydalara ciddi riayət etməyi, özlərinin və sərnişinlərinin həyat və sağlamlığını biganə qalmamağı xahiş edirik”.

“Motodəbilqədən istifadə etməyən sürücüləri İnzibati Xətalar Məcəlləsinin 329.2-ci və 338.4.4-cü maddələrinə əsasən, 40 manat, sərnişinləri isə 338.3-cü maddəyə əsasən, 30 manat məbləğində cərimə olunmaqla məsuliyyətə cəlb edilməsi qanunla nəzərdə tutulur. Gündəlik həyat tərzimizdə hərəkət iştirakçısı kimi təhlükəsizlik mədəniyyətinin ən yüksək səviyyədə təbliğatının məhz məsuliyyətli davranış sərgiləməklə ətrafdakı insanlara nümunə olduğunu unutmamağı bir daha hər bir şəxsdən xahiş edirik!”, - DYP rərmisi vurğulayıb.

Araz Əsgərli
Araz Əsgərli
HADİSƏ HADİSƏ
Suraxanı polis idarəsində yeni təyinat olub

Suraxanı polis idarəsində yeni təyinat olub

HADİSƏ HADİSƏ
Gədəbəydə avtomobillər toqquşub, 11 nəfər xəsarət alıb

Gədəbəydə avtomobillər toqquşub, 11 nəfər xəsarət alıb

HADİSƏ HADİSƏ
Sabirabadda ağır yol qəzası olub, ölən və yaralananlar var

Sabirabadda ağır yol qəzası olub, ölən və yaralananlar var

HADİSƏ HADİSƏ
Bakıda qadının çantasından pul oğurlanıb

Bakıda qadının çantasından pul oğurlanıb

HADİSƏ HADİSƏ
DİN: "Məktəbdə şagirdin narkotik satması iddiaları həqiqəti əks etdirmir"

DİN: "Məktəbdə şagirdin narkotik satması iddiaları həqiqəti əks etdirmir"

HADİSƏ HADİSƏ
Ağdamda 21 yaşlı kişi itkin düşüb

Ağdamda 21 yaşlı kişi itkin düşüb

HADİSƏ HADİSƏ
İsmayıllıda işlədiyi fermadan 65 baş heyvan oğurlayan çoban saxlanılıb

İsmayıllıda işlədiyi fermadan 65 baş heyvan oğurlayan çoban saxlanılıb

HADİSƏ HADİSƏ
Bakıda mərkəzi yolun bir hissəsi müvəqqəti bağlanıb

Bakıda mərkəzi yolun bir hissəsi müvəqqəti bağlanıb

HADİSƏ HADİSƏ
Bakıda motosikletçi qəza törədib, xəsarət alanlar var

Bakıda motosikletçi qəza törədib, xəsarət alanlar var

HADİSƏ HADİSƏ
Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

Sərxoş halda avtomobil idarə edən şəxs həbs olunub

HADİSƏ HADİSƏ
Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var

Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var

HADİSƏ HADİSƏ
Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib