Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Estoniyanın müvəqqəti işlər vəkili Yana Vanamölder bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, diplomata Estoniya hökumətinin yaxınlarının razılığı olmadan Tallin hərbi qəbiristanlığında sovet əsgərlərinin qalıqlarını “yenidən basdırmaq” planları ilə əlaqədar etiraz notası təqdim olunub.

Rusiya XİN bildirib ki, bu, "beynəlxalq təcrübəyə və insan əxlaqına ziddir".

Qeyd olunub ki, Rusiya tərəfi bu addıma cavab verəcək.