Naxçıvanda bir ayda 30 dövlət obyekti özəlləşdirilib

Naxçıvanda bir ayda 30 dövlət obyekti özəlləşdirilib

Naxçıvanda dövlət əmlakının idarə edilməsi sahəsində özəlləşdirmə prosesinə investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə cari ilin yanvar ayı ərzində 30 dövlət obyekti, qeyri-yaşayış sahəsi özəlləşdirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

Yanvar ayı ərzində özəlləşdirmədən daxilolmalar 450 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17 dəfə çoxdur.