Azərbaycan və Kuba səhiyyə sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Kuba səhiyyə sahəsində əməkdaşlığı genişləndirəcək

Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti səhiyyə sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçirir.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, may ayının 22-də Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Mirandanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Kubalı mütəxəssislərdən ibarət həkim briqadaların ölkəmizə gəlməsi buna bariz nümunədir: “Bu addım Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, davamlılığın təmin edilməsinə xidmət edir”.

Teymur Musayev öz çıxışında Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini də qeyd edib: “Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü nəticəsində peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib”.

Teymur Musayev ölkələrimizin Səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində Anxel Portal Miranda çıxışında Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb: “Sizin də qeyd etdiyiniz kimi, COVID-19 pandemiyası zamanı Kubadan həkim briqadalarının Azərbaycana gəlməsi bu münasibətlərin əyani göstəricisidir. İnanıram ki, əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək".

Sonda Kubanın ictimai səhiyyə naziri bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Görüşdə Azərbaycanla Kuba arasında tibb müəssisələri və tibb təhsili üzrə əməkdaşlıq, əczaçılıq sahəsində tədqiqat və inkişaf fəaliyyətlərinə dair qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

SAĞLAMLIQ SAĞLAMLIQ
23 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

23 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Komitə sədri: "Azərbaycanda uşaqlar arasında piylənmə halları artıb"

Komitə sədri: "Azərbaycanda uşaqlar arasında piylənmə halları artıb"

SAĞLAMLIQ SAĞLAMLIQ
Alimlər sümük xərçəngi hüceyrələrinin effektiv məhvi üsulunu kəşf ediblər

Alimlər sümük xərçəngi hüceyrələrinin effektiv məhvi üsulunu kəşf ediblər

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada 8 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 8 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Goranboyda restoranda saxta alkoqollu içkilər aşkarlanıb

Goranboyda restoranda saxta alkoqollu içkilər aşkarlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
ÜST meymunçiçəyi epidemiyası ilə bağlı "fövqəladə vəziyyət"i ləğv edib

ÜST meymunçiçəyi epidemiyası ilə bağlı "fövqəladə vəziyyət"i ləğv edib

SAĞLAMLIQ SAĞLAMLIQ
Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb

Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda ixtiyoz və kəpənək xəstəliyi üzrə dövlət proqramı hazırlanır

Azərbaycanda ixtiyoz və kəpənək xəstəliyi üzrə dövlət proqramı hazırlanır

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbayacan İspaniya və Albaniyanın bəzi vilayətlərinə quş qripi ilə bağlı tətbiq etdiyi məhdudiyyəti götürüb

Azərbayacan İspaniya və Albaniyanın bəzi vilayətlərinə quş qripi ilə bağlı tətbiq etdiyi məhdudiyyəti götürüb

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada 38 nəfər koronavirusa yoluxub

Son sutkada 38 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi bir il müddətinə təxirə salınıb

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi bir il müddətinə təxirə salınıb

SAĞLAMLIQ SAĞLAMLIQ
TƏBİB rəhbərinin müavini: "Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb"

TƏBİB rəhbərinin müavini: "Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb"