Gəncədə yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub, zəhərlənən var

Gəncədə yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub, zəhərlənən var

Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospekti 197 mənzil 58 ünvanında qeydə alınıb.

Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Beş mərtəbəli binanın 3-cü mərtəbəsində olan 1 otaqlı mənzildə başvermiş yanğın söndürlüb. Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. Binada yaşayanlardan 10 nəfər təxliyə olunub.

Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Daha 1 qadına isə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.