Rusiya və Türkiyə liderlərinin görüşünün gündəliyi açıqlanıb

Rusiya və Türkiyə liderlərinin görüşünün gündəliyi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin gündəliyi açıqlanıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, V.Putin Ankarada türkiyəli həmkarı R.T.Ərdoğanla Ukraynadakı durumu müzakirə edəcək.

Liderlər, həmçinin ikitərəfli məsələlər və regional durum barədə danışacaqlar.

D.Peskov qeyd edib ki, Ankara Moskva ilə münasibətlərinə görə, təzyiqlərə baxmayaraq, müstəqil siyasətini qoruyur.

Xatırladaq ki, daha əvvəl V.Putinin fevralın 12-də Türkiyəyə gedəcəyi bildirilmişdi.