Hindistan polisi vətəndaşları qanunsuz yolla Azərbaycan və digər ölkələrə göndərmək istəyən qruplaşmanı ifşa edib

Hindistan polisi vətəndaşları qanunsuz yolla Azərbaycan və digər ölkələrə göndərmək istəyən qruplaşmanı ifşa edib

Dehli şəhər Polisinin Cinayətkarlıqla Mübarizə üzrə Şöbəsi hindistanlıları xarici ölkələrə qeyri-qanuni yolla məskunlaşmaq üçün göndərmək istəyən 4 nəfərdən ibarət cinayətkar qruplaşmanın üzvlərini həbs edib.

Bu barədə “Report” Hindistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qruplaşma üzvləri - Qiriş Bhandari, Himanşu Mehta, Qaqan Şarma və Rameş Arya Dehlinin qərbindəki Tilak Naqar rayonunda fəaliyyət göstərən bir turizm şirkəti adı altında qanunsuz fəaliyyət göstəriblər.

"Bhandari qruplaşmanın arxasında duran təşkilatçıdır və o, təxminən 12 il əvvəl polisin diqqətini cəlb etməmək üçün səyahət və turizm biznesi açaraq bu işə başlayıb", - (Cinayət Bölməsinin-red) xüsusi komissarı Ravindra Sinqx Yadav deyib.

Ravindra Sinqx Yadav qruplaşmanın bütün səfirliklərin yerləşdiyi Dehlidə, milli paytaxt regionunun digər hissələrində agentləri, Salvador və Meksika kimi ölkələrdə tərəfdaşları olduğunu söyləyib. “Onlar müxtəlif ölkələrin 80 pasportunu, eləcə də müxtəlif şirkətlərin çoxlu möhürlərini və reketçilikdə istifadə olunan hər cür saxta sənədləri ələ keçiriblər”, - zabit bildirib.

Həbslər və müsadirələr bu ayın əvvəlindən ötən həftənin sonuna qədər, cinayət idarəsi bu cür fırıldaqların sürətlə artmasına diqqət yetirməyə başlayandan sonra həyata keçirilib.

Polis rəsmisi bildirib ki, qruplaşma hindistanlıları ABŞ-a göndərmək üçün əsasən iki marşrutdan istifadə edib - Bakı-İstanbul-Salvador və Avropa-Meksika.

Polisin məlumatına görə, Bhandari və onun adamları bank çıxarışları və vergi bəyannamələri kimi saxta sənədlər hazırlamaq üçün kompüter proqramlarından istifadə ediblər.

Lakin cinayətkarların qanunsuz yolla sərnişin göndərməyə nail olub-olmadıqları hələ məlum deyil.

Digər ölkələr Digər ölkələr
Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşları Rumıniyanı tərk edir

Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşları Rumıniyanı tərk edir

Digər ölkələr Digər ölkələr
Sloveniyaya təbii fəlakətin vurduğu ziyan yarım milyard avronu ötəcək

Sloveniyaya təbii fəlakətin vurduğu ziyan yarım milyard avronu ötəcək

Digər ölkələr Digər ölkələr
Rusiya Prezidenti: “Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertiza keçirilir”

Rusiya Prezidenti: “Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertiza keçirilir”

Digər ölkələr Digər ölkələr
Kuleba Blinkenlə ABŞ-ın Ukraynaya yeni hərbi yardımlarını müzakirə edib

Kuleba Blinkenlə ABŞ-ın Ukraynaya yeni hərbi yardımlarını müzakirə edib

Digər ölkələr Digər ölkələr
Cozef Bayden və Kamala Harris seçki kampaniyası üçün ianə toplamağa başlayıblar

Cozef Bayden və Kamala Harris seçki kampaniyası üçün ianə toplamağa başlayıblar

Digər ölkələr Digər ölkələr
Antoniu Quterriş: “Əksər ölkələr BMT Təhlükəsizlik Şurasında islahatların tərəfdarıdır”

Antoniu Quterriş: “Əksər ölkələr BMT Təhlükəsizlik Şurasında islahatların tərəfdarıdır”

Digər ölkələr Digər ölkələr
Ukrayna ordusu Rusiyanın hərbi birləşməsini zərərsizləşdirib

Ukrayna ordusu Rusiyanın hərbi birləşməsini zərərsizləşdirib

Digər ölkələr Digər ölkələr
Trüdo Kanada hökumətində dəyişikliklər edəcək, 8 nazir postunu itirəcək

Trüdo Kanada hökumətində dəyişikliklər edəcək, 8 nazir postunu itirəcək

Digər ölkələr Digər ölkələr
ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardımı təsdiqləyib

ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardımı təsdiqləyib

Digər ölkələr Digər ölkələr
Yens Stoltenberq: “İsveç NATO-nun Vilnüs sammitində alyansa üzv olmayacaq”

Yens Stoltenberq: “İsveç NATO-nun Vilnüs sammitində alyansa üzv olmayacaq”

Digər ölkələr Digər ölkələr
Bayden çıxışında Ukrayna ilə İraqı səhv salıb

Bayden çıxışında Ukrayna ilə İraqı səhv salıb

Digər ölkələr Digər ölkələr
Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar yaxın vaxtlarda başlaya bilər

Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar yaxın vaxtlarda başlaya bilər