Mixaylo Podolyak: "Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi"

Mixaylo Podolyak: "Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi"

Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi.

“Birxeber.Az” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, ona görə də müəyyən problemlər olub: “Bəli, müəyyən taktiki səhvlər olub, hərbi və siyasi rəhbərlik bu barədə danışır”.

M.Podolyak Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovla həmfikir olduğunu diqqətə çatdırıb: “Ukrayna qalib gəlmək üçün yalnız müdafiə ilə kifayətlənə bilməz. Konkret strategiya olmalıdır”.

Prezident Ofisinin müşavirinin sözlərinə görə, rəsmi Kiyev fəal hücuma keçməlidir.