Türkiyənin məşhur yazıçısı vəfat edib

Türkiyənin məşhur yazıçısı vəfat edib

Türkiyənin məşhur yazıçısı Alev Alatlı vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

A.Alatlının müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, İzmirdə anadan olan 80 yaşlı yazıçı ədəbiyyat sahəsindəki xidmətlərinə görə bir çox beynəlxalq və yerli mükafatlara layiq görülüb.

2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə A. Alatlının “Dünya növbəsi-Qoqolun izi ilə ikinci Kitab” əsərinin rus dilinə çevrilmiş variantını hədiyyə edib.

Yazıçı 2014-cü ildə ədəbiyyat və sənət mükafatına layiq görülüb.