Azərbaycan texnoparklardan kənarda fəaliyyət göstərən xarici şirkətlərlə bağlı hədəfini açıqlayıb

Azərbaycan texnoparklardan kənarda fəaliyyət göstərən xarici şirkətlərlə bağlı hədəfini açıqlayıb

Bu ilin sonuna kimi texnoparklardan kənarda fəaliyyət göstərən xarici şirkətlərin sayının 25-ə çatdırılması hədəflənir.

Bunu "Birxeber.Az"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva bildirib.

“Ölkəmizi yerli, eləcə də xarici İKT şirkətləri üçün cəlbedici edəcək addımlardan biri texnoparkdan kənar rezidentlik çərçivəsində İKT üzrə müvafiq sahələrdə (sistem inteqrasiyası və proqram təminatı) fəaliyyət göstərən şirkətlərə vergi güzəştləri və bir sıra imtiyazların verilməsidir. Burada əsas məqsəd ölkədə İKT sahibkarlığını inkişaf etdirmək, yeni şirkətlərin yaranmasını təşviq etmək, xarici İKT şirkətlərin ölkəyə cəlbini sürətləndirməkdir. İndiyə qədər 200-dən çox müraciət arasında proqram təminatı və sistem inteqrasiyası sahəsində fəaliyyət göstərən 70 hüquqi şəxs texnopark rezidentliyi üzrə qeydiyyat şəhadətnaməsi əldə edib. Qeyd edim ki, 8 xarici şirkətə sözügedən şəhadətnamələrin verilməsi üçün proses davam edir”,- deyə o qeyd edib.

İ.Vəliyeva ilə müsahibəni tam şəkildə buradan oxumaq mümkündür.