Kərkükdən Bakıya ilk reys açılıb

Kərkükdən Bakıya ilk reys açılıb

Bu gün “İraqi Airways” aviaşirkəti ilk dəfə olaraq Kərkükdən Bakıya uçuşlara başlayıb.

Birxeber.Az-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, gələcəkdə Ərbil-Bakı və Bəsrə-Bakı reyslərin açılışı da planlaşdırılır.

“Bu gün ilk dəfə olaraq Kərkükdən Bakıya uçuş başlayıb. Növbəti sırada Ərbil-Bakı və Bəsrə-Bakı reysləri var”, - paylaşımda qeyd olunur.