Bülbülün doğum günüdür

Bülbülün doğum günüdür

Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli müğənni, xalq artisti Bülbülün anadan olmasının 125-ci ildönümüdür.

Bülbül - Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.

Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb.

Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazıb. 

1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını bitirərək vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır.

1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayıb.

Bülbül 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb, 1940-cı ildə professor seçilib, 1950-ci ildən SSRİ Dövlət Mükafatı laureatıdır.

Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu böyük sənətkarın yaradıcılığına diqqət daha da artırılıb.  Ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci il avqustun 20-də “Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb. 

Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən, müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.

Birxeber
MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Hüseyn Arifin hansı çariça ilə eşq macərası olub?

Hüseyn Arifin hansı çariça ilə eşq macərası olub?

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
AzTV-də “Muğam” müsabiqəsi başlayıb

AzTV-də “Muğam” müsabiqəsi başlayıb

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyindən qırmızı dodaq boyası qadağasına - REAKSİYA

Mədəniyyət Nazirliyindən qırmızı dodaq boyası qadağasına - REAKSİYA

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür

Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
“Avroviziya”da 12 balı Britaniyaya vermək tələb olunub? -  Azərbaycan nümayəndə heyəti açıqladı

“Avroviziya”da 12 balı Britaniyaya vermək tələb olunub? - Azərbaycan nümayəndə heyəti açıqladı

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Bülbülün doğum günüdür

Bülbülün doğum günüdür

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
“II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nın ikinci günü "Arşın mal alan" operettası ilə başa çatıb - FOTO

“II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nın ikinci günü "Arşın mal alan" operettası ilə başa çatıb - FOTO

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Xanəndələr Suqovuşanda - FOTO

Xanəndələr Suqovuşanda - FOTO

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Fikrət Qocanın qəbirüstü abidəsinin açılışı olub - FOTO

Fikrət Qocanın qəbirüstü abidəsinin açılışı olub - FOTO

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Bayden jurnalistlərə: “Məndən də aşağı reytinqə malik amerikalıların yanında olmaqdan şadam” - VİDEO

Bayden jurnalistlərə: “Məndən də aşağı reytinqə malik amerikalıların yanında olmaqdan şadam” - VİDEO

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunur - FOTO

Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunur - FOTO